Abşeronlu toxucular prezidentə təşəkkür ediblər

abseronlu-toxucular-prezidente-tesekkur-edibler
Oxunma sayı: 1071

Prezident İlham Əliyevin 22 mart 2018-ci il tarixli sərəncamına əsasən Azərxalça ASC-nin Abşeron filialı tikilərək sakinlərin istifadəsinə verilib. Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova abşeronlu toxucu xanımlara baş çəkib, onların iş şəraiti ilə tanış olub.

"Qafqazinfo" xəbər verir ki, filialın drektoru, əməkdar mədəniyyət işçisi Rəfiqə Bəşirova filial barəsində məlumat verib. Bildirilib ki, adıçəkilən sərəncamdan irəli gələrək dövlət büdcəsində əsaslı vəsait qoyuluşu xərclərindən Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə vəsait ayrılıb. Bununla əlaqədar olaraq Qobu qəsəbəsi ərazisində 0.7 hektar ərazidə xalça istehsalı emalatxanasının tikinti işlərinə başlanılıb və artıq yekun vurularaq tam gücü ilə istismara hazır vəziyyətə gətirilib. Hazırda burada 65 toxucunun və 13 inzibati-təsərrüfat işçisinin fəaliyyət göstərdiyi, lakin işçi sayının 150-ə qədər artacağı vurğulanb.

Qeyd edilib ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanalarda müxtəlif ölçülü 43 dəzgahda qədim çeşnilərimiz əsasında Azərbaycan xalçaları toxunur.

Yaradılan şərait və iş yeri ilə əlaqədar olaraq ölkə prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildirən toxucular onlara gösərilən bu böyük etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.