“Abşeron”un qazı 2022-də istifadə olunacaq

abseronun-qazi-2022-de-istifade-olunacaq-
Oxunma sayı: 648

Yeni kəşf olunan "Abşeron" blokundan 2022-25-ci illərdə qaz almaq mümkün olacaq. Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin ANS-ə verdiyi məlumata görə, blokda ehtimal olunan ehtiyatlar təsdiqlənsə, ölkənin qaz ehtiyatları 2,5 trln. kubmetrdən çox olacaq.

"Təxminən hesab edin ki, bir 300 milyrad kubmetr qazımız və bir 45 milyon ton kondensatımız var. Əlbəttə, burada işləri genişləndirmək lazımdır. Qazma qurğuları lazımdır, onlarla bağlı bir az problem var. Hazırda bu məsələnin üzərində jiddi şəkildə işləyirik. Ona görə, yataqdan hasilatın alınması 2022-ci ilə qədər uzanajaq. Ona görə biz hesab edirik ki, bu yataqdan biz ildə 5 milyard kubmetrə qədər qaz alajağıq",- deyə Xoşbəxt Yusifzadə vurğulayıb.

Onun sözlərinə görə, bu yatağın açılması ilə Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları artıb: "Əgər bizim təsdiq edilmiş ehtiyatlarımız 2 trilyon 200 milyard kubmetr idisə, bunun üzərinə 350 milyard kubmetr də gələndə 2 trilyon 550 milyard kubmetr. Bu hesabla, indii çıxardığımız kimi qaz hasil etsək, indən belə 100 il bizə yetər".