AÇ-2020 biletlərinin qiyməti açıqlandı - Ən ucuz Bakı və...

ac-2020-biletlerinin-qiymeti-aciqlandi
Oxunma sayı: 1616

AÇ-2020-nin final mərhələsi üçün biletlərin qiyməti bəlli olub. “Qafqazinfo” xəbər verir ki, UEFA rəsmi saytı bu barədə məlumat yayıb. 

Bildirilir ki, final mərhələsinə ən ucuz biletlər 30 avro olacaq. Bu biletlərlə isə yalnız Bakı, Buxarest və Budapeştdəki oyunlara baxmaq mümkün olacaq. 

Digər şəhərlərdə isə daha bahalı biletlər olacaq.

Ən yüksək qiymət isə final üçün olacaq. Londonda keçiriləcək həlledici qarşılaşmada biletlərin qiyməti 945 avrodan başlayacaq. 

Biletlərin ilk satışına cari ilin iyunun 12-dən başlanılacaq və 1 ay davam edəcək. 

Qeyd edək ki, Avropa çempionatı gələn il 12 iyun - 12 iyul tarixləri arasında 12 şəhərdə təşkil ediləcək.