“Access Bank”ın əməkdaşına cinayət işi açıldı

access-bankin-emekdasina-cinayet-isi-acildi
Oxunma sayı: 650


Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, filialın kredit mütəxəssisi Kamal Fərəcov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyriləri ilə cinayət əlaqəsinə girməklə 2010-2012-ci illərdə ayrı-ayrı şəxslərin adlarına saxta sənədlər tərtib etməklə 141 min 867 manat məbləğində kredit rəsmiləşdirərək mənimsəyib.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.