Acı istiot bədəndə piylənmənin qarşısını alır

aci-istiot-bedende-piylenmenin-qarsisini-alir
Oxunma sayı: 669

Bu da kəskin qidanın bədənin temperaturunu artırmasından artıq kiloların itirilməsi üçün istifadə edilməsinin mümkünlüyünü sübut edir. Bu barədə “Trend” Rusiya KİV-inə istinadən xəbər verir.

İndi isə koreyalı alimlər istiotun tərkibinə daxil olan və insanı asqırmağa vadar edən birləşmələrin köməyi ilə artıq çəkidən xilas olmağı təklif edirlər. İlkin sınaqlar göstərir ki, bu bitkinin tərkibindəki piperin yeni yağ hüceyrələrinin yaranmasına imkan vermir. Deməli, nəzəriyyədə piperin piylənmə əleyhinə preparatların gözəl təbii alternativi ola bilər.

Hazırda Koreyanın Seyonq Universitetinin alimləri onun laboratoriya və kompüter modellərində piy toxumalarındakı genlərə təsirini sınaqdan keçirirlər.

Əldə olunan nəticələrə görə, piperin yeni piy hüceyrələrinin yaranması arxasında duran genlərin fəallığına mane olur. Bununla da piyin yaranmasına nəzarət edən zəncirvarı reaksiya əmələ gəlir.

trend.az