Açıq Cəmiyyət Partiyası bəyanat verdi

aciq-cemiyyet-partiyasi-beyanat-verdi
Oxunma sayı: 646

“Qafqazinfo”ya məlumatına görə, partiya hesab edir ki, Tarif Şurasının iclasında onlara verilmiş artım təkliflərinin hamısının müsbət cavablandırması birmənalı olaraq əhalinin aztəminatlı hissəsi ilə yanaşı digər sosial qrupların da maddi imkanlarına da mənfi təsir göstərəcək. Bakıda əhalinin böyük əksəriyyətinin metrodan istifadə etdiyini xatırladan ACP gediş haqqının qaldırılmasının həmin nəqliyyatdan istifadə edən vətəndaşların haqlı narazılığına səbəb olduğunu qeyd edib. Partiya büdcə siyasəti ilə əlaqədar sosial vəziyyətin yaxşılaşdırılması və inkişaf etdirilməsi istiqamətində aparılan rəsmi təbliğatla hökumətin bu addımının ziddiyyət daşıdığını bəyan edib: “Bu tədbirlər planı vətəndaşların maddi-rifah halına hökumətin etinasız yanaşdığının göstəricisi kimi qiymətləndirilməlidir. ACP hökumətin bu addımlarını qəti şəkildə pisləyir və eyni zamanda bu cür anti-sosial qərarların qəbul edilməsinə qarşı kəskin etirazını bildirir”.