Açıq geyimləri sevməyən müğənni- - Fotolar

aciq-geyimleri-sevmeyen-mugenni-
Oxunma sayı: 3612


“Qafqazinfo”ya açıqlamasında müğənni heç vaxt açıq-saçıq geyimlərə müraciət etməyəcəyini bildirib:

“Mən heç kimi geyiminə görə tənqid edə bilmərəm. Hər kəs özünə görə geyinir və yalnız özünə cavabdehdir. Mən açıq geyimləri sevmirəm. Buna görə rejissorlarla, stilistlərlə həmişə mübahisəm düşür. Deyirlər ki, səhnə bir az da açıqlığı sevir. Amma mən düşünürəm ki, hər kəsin özünəməxsus tərzi olmalıdır. Özümü qapalı geyimdə daha rahat hiss edirəm. Bir onu bilirəm ki, heç vaxt soyunmayacağam”.

İdeal bədən quruluşuna malik olan ifaçı dünya standartlarına uyğun ölçüdə olduğunu bildirib:

“İdeal bədən quruluşuna malik olmaq üçün xüsusi səy göstərmirəm, kökəlmək fikrim də yoxdur. Heç vaxt pəhriz saxlamamışam. Hər zaman da bu çəkidə və ölçüdə olmuşam. Ancaq bir onu bilirəm ki, yeməyi çox da sevən adam deyiləm. Çörək yemirəm, formada qalmaq üçün yox, sadəcə yeyə bilmirəm. Çox nadir halda yeməyi çörəklə birgə qəbul edirəm. Anam da buna görə həmişə məni danlayır. Əslində səhnə incəliyi sevir. Özümü kök təsəvvür etmirəm. Amma adamlar var ki, məhz kök gözəl görünürlər”.

Könül