Aclıq aksiyasından təzə xəbər

acliq-aksiyasindan-teze-xeber
Oxunma sayı: 642

Oktyabrın 14-dən Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən aksiyanın tələbi siyasi məhbusların azadlığa buraxılmasıdır. 2011-ci ildə 35 ictimai-siyasi fəal azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun əvvəlki illərdə tutulanlara aid siyahısında daha 11 nəfərin adı siyasi məhbus kimi keçir.

Aksiyaçı, AXCP sədrinin müavini Nurəddin Məmmədli oktyabrın 20-də “Media forum” saytına bildirib ki, AXCP sədrinin müavini Gözəl Bayramlı, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, Müsavat Partiyasının funksionerləri Aydın Acalov, Rövşən Dəmirli, Yavər Şirinxub və Rahib Mirələmov aclığı dayandırıblar.

Nürəddin Məmmədlinin sözlərinə görə, oktyabrın 20-də aksiyaya yeni 5 nəfər qoşulub: “Müsavat Partiyasının üzvləri Xeyrulla Balaxanılı, Aydın Məmmədli, Ülfət Abdullayev, Yusif Süleymanlı, Arif Bağırzadə bizə bir sutkalıq dəstək verəcəklər. Mənimlə birlikdə daha 2 nəfər aclıq edir - 2 aprel məhbusu Babək Həsənovun qardaşı Cavid Həsənov və məhbus hüquq müdafiəçisi Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli”.