Acun Ilıcalıdan xərçəng xəstəsi olan uşağa xüsusi jest - Foto

acun-ilicalidan-xerceng-xestesi-olan-usaga-xususi-jest
Oxunma sayı: 1454

TV8 kanalının sahibi Acun Ilıcalı “O səs Türkiyə” yarışmasında mahnı söyləmək istəyən 16 yaşlı Caner Güdükün arzusunu reallaşdırıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, Ilıcalı xərçəng xəstəliyi ilə mübarizə aparan Caneri özəl təyyarəsi ilə Hataydan İstanbula aparıb.

Daha sonra TV8 kanalına apararaq “O səs Türkiyə” yarışmasına çıxarıb.

C.Güdükün iştirak etdiyi çəkiliş yaxın günlərdə efirə veriləcək.