Acun Yıldız Tilbeyə nə qədər maaş verir?

acun-yildiz-tilbeye-ne-qeder-maas-verir
Oxunma sayı: 2956

Bu mövsümdən etibarən “O səs Türkiyə” musiqi yarışmasının jüri komandasına qoşulan Yıldız Tilbenin aldığı maaş məlum olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, veriliş müəllifi və TV8 kanalının sahibi Acun Ilıcalı Yıldız Tilbeyə həftəlik 70 min lirə (təxminən 33 min manat) maaş verəcək.

Qeyd edək ki, Y.Tilbe bu mövsüm Sibel Canın yerinə dəvət olunub.