Acuna daha bir cəza

acuna-daha-bir-ceza
Oxunma sayı: 2120

TV 8-in rəhbəri, məşhur aparıcı Acun Ilıcalı pop müğənnisi Demet Sağrıoğlu tərəfindən məhkəməyə verilib. “Qafqazinfo” xəbər verir ki, ifaçı “Arnavut Kaldırımı” mahnısını "O Ses Türkiye", “O Ses Çocuklar” və “Rising Star” müsabiqələrində icazəsiz səsləndirilməsinə etiraz edib. 

D. Sağrıoğlu kanal rəhbərindən 15 min TL dəyərində təzminat tələb edir. Bu barədə sənətçinin vəkili Sadettin Dayıoğlu məlumat yayıb:

“Bəstə TV-də dəfələrdə səsləndirilib.  Müvəkkilim maddi və mənəvi olaraq zərbə alıb. Bu səbəbdən 5 min lirə maddi, 10 min TL isə mənəvi olaraq TV 8-dən təzminat istəyirik”. 

Qeyd edək ki, Türkiyənin bir çox müğənni və bəstəkarları kanal rəhbərini bu səbəbdən məhkəməyə verib.