Acunun arvadına görə 3 qadın tutuldu - 15-i axtarışdadır

Acunun arvadına görə 3 qadın tutuldu
Oxunma sayı: 3434

Acun Ilıcalı ilə bir müddət əvvəl evlənən Şeyma Subaşının başına iş gəlib. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Subaşını sosial mediada təhqir edən, montaj olunmuş videolarını yayan 3 xanım polis tərəfindən saxlanılıb. 

Hadisə ilə bağlı 15 nəfərin kimliyi də məlum  olub və axtarışa verilib. İstanbul Prokurorluğu açdığı cinayət işindən sonra Mersində əməliyyat keçirib. Əməliyyat zamanı Yeşim. N və İlknur. R adlı xanımlar polis tərəfindən nəzarətə götürülüb. Yeşim. N dəlilləri məhv etmək üçün notbukunu sındırmağa çalışsa da, buna nail ola bilməyib. Bundan sonra, digər bir xanım da həbs edilib. 

Həmçinin, Canan . K adlı şəxsin bir müddət əvvəl xaricə qaçdığı məlum olub.  O, Interpol vasitəsiylə axtarışa verilib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi