“Acunun təklifini qəbul etmədim”

acunun-teklifini-qebul-etmedim
Oxunma sayı: 666

Axşam.az saytına açıqlamasında Elməddin Acunun təklifini qəbul etmədiyini bildirib:

“Acun “Bacanaqlar” serialını çox bəyənib. Mənə təklif göndərdi, serialın Türkiyədə yayımlanmasını istəyirdi. Amma Bakıdan ona böyük məbləğ dedilər. O da bu məbləğlə razılaşmadı. Daha sonra “Acun Media” və “TRT”dən mənə daha bir neçə təkliflər gəldi. Bir seriala çəkilməli idim. Doğrudur, təklif olunan məbləğ çox yaxşı idi. Hər bölüm üçün beş min manat verirdilər. Amma bunun müqabilində mən Türkiyəyə köçüb, orada yaşamalı idim. Mənsə ailəmdən, valideynlərimdən uzaq qala bilmərəm. Orada elədir ki, bir bölüm yeddi günə çəkilir. Sən həftə ərzində gecə-gündüz çəkiliş meydanında olmalısan”.

Buna baxmayaraq, Elməddin Türkiyədə tragikomediya janrında filmə çəkiləcəyini bildirdi. Filmin çəkilişləri yay aylarında baş tutacaq.