Acunun yeni verilişi başlamadan rekord qırdı- - Fotolar

acunun-yeni-verilisi-baslamadan-rekord-qirdi-
Oxunma sayı: 2794


“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, oktyabrda adıçəkilən kanalda yayımlanacaq verilişin ilk kadrları artıq 250 min nəfər tərəfindən izlənib. 15 iştirakçının olacağı yarışmanın formatı belədir: 

Tövlə ilə yanaşı evdə yaşayacaq iştirakçılara 2 inək, bir neçə toyuq və toxum veriləcək. Onlara 100-dən artıq kamera vasitəsilə nəzarət olunacaq. Yarışma internet vasitəsilə müəyyən məbləğ qarşılığında 24 saat ərzində izləniləcək və kənardan heç bir müdaxilə olmayacaq. Hər ay bir nəfər digər iştirakçılar tərəfindən proqramdan uzaqlaşdırılacaq və onun yerinə yenisi gələcək. Qaz, işıq, suyun veriləcəyi ərazidə hamam və ayaq yolu olmayacaq. İştirakçılar tamamilə təbiətlə baş-başa qalacaqlar. Bu çətin şəraitdən çıxmağı bacaran qalibə sürpriz hədiyyə veriləcək.