Adada istirahət mərkəzləri yaradılır - Video

adada-istirahet-merkezleri-yaradilir
Oxunma sayı: 3497

Mingəçevir turizm potensialı olan şəhərlərdən biridir. Şəhərə gələn yerli və xarici turistlər yay aylarında artıq ən yeni məkanlarda istirahət edə biləcəklər. Özü də Kür çayındakı adada.

“Qafqazinfo” ARB-yə istinadən xəbər verir ki, artıq bu istiqamətdə mühüm işlərin görülməsinə başlanılıb. Adada yaşıllıq zonası və turistlərin yüksək səviyyədə dincəlməsi üçün vacib obkeytlər olacaq.
 
Yerli və xarici turistlər Mingəçəvirdə olarkən Kür çayının hövzəsindəki adaya da səfər edə biləcəklər. Adaya turist cəlb etmək üçün ilkin olaraq orada ağaclar əkilir.
 
1 hektara yaxın ərazini əhatə edən ada kol-kos, ağac qırıntıları və aşmaq təhlükəsi olan ağaclardan təmizlənir. Həmin ağacların yerində 2 minə qədər yeni ting basdırılır.
 
Kür çayının hövzəsindəki məkanda görülən işlər bununla yekunlaşmayacaq. Burada Mingəçevirə gələn istər xarici, istərsə də yerli turistlərin asudə vaxtlarını xoş keçirmələri üçün istirahət guşəsi də yaradılacaq.
 
“Ada” müxtəlif atıcılıq oyunlarının keçirilməsi üçün tam hazırdır.
 
Turistlərin daşınması üçün xüsusi gəmilər də olacaq. Məhz bu gəmilər vasitəsilə turistlər sahildən adaya aparılacaq. İşlərin may ayına qədər yekunlaşdırılması, yay aylarında isə artıq turistlərin adaya səyahətinin təşkil olunması nəzərdə tutulub.