“Adam” filminin istehsalatı başa çatdı - Video

adam-filminin-istehsalati-basa-catdi
Oxunma sayı: 2644

Zen Film (Azərbaycan) və Alfeka (Türkiyə) şirkətininin birgə istehsalı olan “Adam” filminin istehsalatı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, film 1981-ci ildə Xəzər dənizinin yüksəlməsi nəticəsində adaya çevrilən Kürdilidə illərdir ki, tək yaşayan rus mənşəli azərbaycanlı Vitali Pronin haqqındadır.

Quruluşçu rejissoru Emil Əli, prodyüserləri Qan Turalı (Zen Film) və Ali Araz (Alfeka), icraçı prodyüsseri Fuad Cəfərov olan “Adam” filminin çəkilişlər Neftçala rayonun Kürdili adasında, post-prodakşnı isə Türkiyədə həyata keçirilmişdir.

“Adam” filminin müxtəlif festivallarda nümayişi nəzərdə tutulub.