“Adam inana bilmir ki, belə gözəl və cavan qadın....”

adam-inana-bilmir-ki-bele-gozel-ve-cavan-qadin
Oxunma sayı: 4430

“Adam inana bilmir ki, belə gözəl və cavan qadın vəfat edib”.

 “Qafqazinfo” xəbər verir ki, bunu deputat Elmira Axundova xalq artisti Amaliya Pənahovanın vəfatı ilə bağlı deyib. 

O bildirib ki, bu gün Azərbaycan mədəniyyəti üçün ağır itki üz verib: “Bizim ailə dostumuz idi. Bu xəbəri eşidəndə dəhşətə gəldim. İnanmağım gəlmədi və hələ də inanmıram ki, o, artıq həyatda yoxdur. Amaliya Pənahova 2000-2005- ci illərdə bizim həmkarımız da olub. Gəlin, ona Allahdan rəhmət diləyək”.

Günel Türksoy