Adam öldürən jurnalisti tutdular

adam-olduren-jurnalisti-tutdular-
Oxunma sayı: 657

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Arzuman Namazovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçan Ayvaz Almuradov tutulub.

Elşən İsmayılov küçəsi 17-nin qarşısında Ayvaz Almuradov mübahisə zəminində qonşusu Arzuman Namazovu bıçaqla qətlə yetirərək hadisə yerindən qaçıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
Almuradovun "Xüsusi təhqiqatlar" qəzetinin əməkdaşı olduğu bildirilir.