Adam öldürüb oğurladığı pulla...

adam-oldurub-ogurladigi-pulla
Oxunma sayı: 2522

Bakı Ağır Cinayətlər Məhkəməsində yaşlı qadının çantasını alaraq onu döyərək öldürməkdə təqsirləndirilən 1991-ci il təvəllüdlü Etibar Məmmədovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə şahidlər ifadə verib. 

Həmçinin prosesdə  məlum olub ki, E. Məmmədov bundan başqa iki yaşlı qadına qarşı da quldurluq edib. 

2018-ci il yanvarın 13-də, üçüncü dəfə quldurluq edən E. Məmmədov bu dəfə Bakı şəhər sakini Firəngiz Heydərovanı öldürüb. F. Heydərova yaşadığı binanın çıxışında olarkən E. Məmmədov onun içində mobil telefon və qızıl olan çantasını alıb qaçmaq istəyib. Bu zaman qadın ona müqavimət göstərib, o da küt alətlə F. Heydərovanın başından vurub və qadın yerə yıxılıb. Daha sonra çantanı götürərək qaçıb. 

Qonşular yaralı F. Hüseynovanı xəstəxanaya yerləşdiriblər, aldığı xəsarətlərdən orada vəfat edib. 

Məhkəmədə ifadə verə E.Məmmədovun arvadı Fəridə Məmmədova deyib ki, əri işsiz olduğu üçün bu əmələ əl atıb. 

E. Məmmədov isə qadının çantasından çıxan qızılları sataraq içki içdiyini və kirayə maşın götürərək sürdüyünü deyib. 

O, özünü qismən təqsirli bilərək çantanı aldığını etiraf etsə də, F. Hüseynovanı vurmadığını deyib:  "Mən çantanı çəkəndə o özü yıxıldı və başı yerə dəydi, burnundan qan gəldiyini görüb qaçdım". 

Ekspertiza rəyində isə F.Hüseynovanın yıxılaraq zədə almadığı, küt alətlə başından zərbə endirildiyi müəyyən edilib. 

Proses avqustun 21-də davam etdiriləcək.

Qeyd edək ki, E. Məmmədov bundan öncə də məhkumluq həyatı yaşayıb.

Murad Əhməd