Adel ərindən boşandı

adel-erinden-bosandi
Oxunma sayı: 3187

Dünyaca məşhur müğənni Adel səkkiz ildir bir yaşadığı, iki il əvvəl evləndiyi Simon Koneckidən boşanıb. “Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, beş aydır ki, davam edən məhkəmə çəkişməsi başa çatıb.

Prosesin uzun çəkməsinə səbəb 140 milyon sterlinq sərvəti olan Adellə mülk paylaşımı zamanı yaranan problemlərdir. Məsələni həll edən tanınmış cütlük rəsmi olaraq münasibətlərinə nöqtə qoyub.

Qeyd edək ki, Adel və Simonun Angelo adlı bir qızı var.