Adelina Avaqimyandan Aida Serobyana...

adelina-avaqimyandan-aida-serobyana
Oxunma sayı: 2306

Xuraman Hüseynzadə

Uşaq idim. Nənəmlə, babamla Gəncədə Gülüstan qəsəbəsində, Vəzirov küçəsində qalırdım. Qonşuluqda xeyli erməni uşaqlar vardı. Həmişə birlikdə oynadığımız, rusca danışdığımız, velosiped sürdüyümüz uşaqlar birdən-birə bizdən uzaqlaşdı. Evdən bayıra çıxmaz oldular. Sonra bizi harda görsələr daşa basmağa başladılar. Və bizim uşaqlar günün birində Hayqo adlı erməni uşağı daş atmağına görə möhkəm əzişdirdilər. Ondan bir az sonra Qarabağ müharibəsi başladı. Müharibənin ilk “qaranquşları” erməni uşaqlar, xüsusilə Hayqo oldu. Böyüyəndən sonra müharibədən nəyə görə uşaqların daha çox zərər çəkməsini anladım...

Erməni uşaqları ağılları kəsəndən düşmənlərinin türk olduğunu öyrənir. Prezident İlham Əliyevə məktub yazan 13 yaşlı Adelina Avaqimyan kimi. O, bütün erməni uşaqların ümumiləşmiş obrazıdı. Adelina o məktubu bütün erməni uşaqların əvəzindən yazmışdı. Böyüklərin diqtəsi həqiqəti bu cür-təhrif olunmuş formada anlatmışdı məktəbli qıza...

Əsir və girov azərbaycanlılar üzərində “sınaq təcrübələri” aparan Ermənistanın xüsusi xidmət orqanlarının terrorçu əməkdaşı Aida Serobyanın vəhşiliyi haqda ötən həftə mətbuatda geniş yazılar getdi. İnsanlıq simasını itirməsinə görə Ermənistan hakimiyyətinin ona böyük dəyər verməsi erməni uşaqlarını terrora həvəsləndirir. Terrorçu Aidaya gül təqdim etdiyi fotoda Sarkisyanın üzündə məmnunluq ifadəsi vardı. O, öz ölkəsinin ziyalı, humanist, vətənpərvər insanlar yetişdirməsini yox, terrora dəstək verməsini istəyir. Və şübhəsiz ki, adelinalar böyüyüb aidalara çevriləcək...

Qarabağda gedən son savaşa etiraz elədi ermənilər. Mitinq keçirdilər. Özgə torpaqlarında ölmək istəmədiklərini dedilər. Sarkisyan rejimi isə onları zorla özgə torpaqlarında ölməyə göndərməyə davam etməkdədi.
O torpaqlar bizə əzizdi. Çünki bizimdi.

Onlar üçün isə yaddı, özgədi, haramdı. Uğrunda döyüşməyi, ölümə getməyi istəmirlər. Şübhəsiz ki, günün birində geri çəkiləcəklər. Və o zaman Adelinalar anlayacaq ki, onlar nə qədər səhv düşünüblər. Lakin bir xeyri olacaqmı?
Onu gələcək nəsillər görəcək.

Bizim bildiyimiz həqiqət isə budur ki, balaca erməni Hayqodu, Adelinadı. Böyük erməni Serj Sarkisyandı, Aida Serobyandı...

Ermənilərlə nə vaxtsa yenidən dost olacağımıza inananlar o millətin iç üzünü bilmək üçün elə həmin bu balacalardan başlasın...