Adı “Qarabağ”la hallanan futbolçu İtaliya çempionatında

adi-qarabagla-hallanan-futbolcu-italiya-cempionatinda
Oxunma sayı: 649

Bir müddət əvvəl “Qarabağ”ın transfer siyahısında olması barədə xəbərlər yayılan İtaliya B seriyası təmsilçisi “Trapani”nin oyunçusu Nikola Sitro karyerasını vətənində davam etdirməyə yaxındı.

“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı hücumçunun xidmətində B seriyasının digər təmsilçisi “Frozinone” maraqlıdı. 

Bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Xəbərdə “sarı-göylər”in Sitro ilə 3 illik müqavilə bağlamağı planlaşdırdıqları qeyd edilib.

Qeyd edək ki, Sitro son mövsümdə şans qazandığı 30 oyunda 5 qola imza atıb. Onun “Trapani” ilə müqavilə müddəti gələn ilin yayında başa çatacaq.