Adil Əliyev Türkiyə mətbuatında - - Foto

adil-eliyev-turkiye-metbuatinda-
Oxunma sayı: 839


ANS PRESS-in məlumatına görə, Quba Soyqırımı Memorial Kompleksində çıxış edən millət vəkili ermənilərin 1918-ci ilin mart ayında törətdikləri soyqırımdan danışıb. “Hər bir azərbaycanlı, türk insanı bu soyqırım haqqında, ermənilərin tarixdə başımıza gətirdikləri faciələrlə bağlı xarici insanlara məlumat verməlidir. Bu zaman bizim dərdlərimizi dinləyən insanların sayı artacaq. Bu bizim qan davamızdır və ermənilər törətdikləri qanlı tarixə görə cavab verməlidirlər”,- deyə Adil Əliyev vurğulayıb.

Millət vəkilinin bu fikirləri Türkiyənin sporajans.com.tr, haberiniz.com.tr, hasulkuhaber.com, mevzuvatan.com, turkhaberdunyasi.com və s.saytlarında yer alıb. 

Qeyd edilən saytlar da millət vəkilinin dəvəti ilə Azərbaycana səfərə gələn nüfuzlu holland iş adamı Jeroen Labeurin fikirlərini də dərc etdirib.

"Bu gerçəklər göstərir ki, insanlar vəhşicəsinə qətl edilib. Gördüklərimdən dəhşətə gəldim. Bu faciədir. Çox təəssüflənirəm ki, tarixdə belə faciələr meydana gəlib. Bir daha bu kimi faciələrin baş verməməsi üçün insanlar sülh içində yaşamalıdır",- deyə Jeroen Labeur bildirib.