Administrasiya rəhbəri BMT-nin Plenar iclasında iştirak edib

administrasiya-rehberi-bmt-nin-plenar-iclasinda-istirak-edib
Oxunma sayı: 652

Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Assambleyanın Plenar iclasında Beynəlxalq Dəniz Təşkilatının növbəti 2 il üçün strateji planı, təşkilatın keçən dövr üçün maliyyə auditinin nəticələri, BDT-yə üzv olan dövlətlərdə dəniz nəqliyyatı sahəsində Beynəlxalq Konvensiyaların tələblərinə riayət olunması vəziyyətinin araşdırılması üzrə auditin keçirilməsi, habelə dövlətlərin Dəniz Administrasiyalarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə tərtib edilmiş yeni cədvəl təsdiq edilib.

Eyni zamanda, Plenar İclas zamanı dəniz nəqliyyatı sahəsində mütəxəssislərin hazırlığına dair məsələlər müzakirə edilib, dəniz quldurluğu hallarının qarşısının alınması istiqamətində Beynəlxalq Dəniz Təşkilatı tərəfindən BMT və NATO kimi nüfuzlu beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilmiş tədbirlər barədə üzv dövlətlərə məlumat verilib, Təşkilatın Dəniz Təhlükəsizliyi, Dəniz Ətraf Mühitinin Mühafizəsi, Hüquq və digər komitələrinin hesabatları dinlənilib, eləcə də dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qətnamələr qəbul edilib və Beynəlxalq Dəniz Təşkilatının icraçı orqanı olan Şuranın üzvlüyünə seçkilər keçirilib.

Həmçinin, Assambleya tərəfindən Beynəlxalq Dəniz Təşkilatının Baş katibi vəzifəsinə yeni seçkilər keçirilib və adıçəkilən təşkilatın Dəniz Təhlükəsizliyi Bölməsinin direktoru Yaponiya təmsilçisi cənab Sikimizu Beynəlxalq Dəniz Təşkilatının yeni Baş katibi seçilib.
Plenar iclasda keçirilən dinləmələr zamanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti müzakirələrdə aktiv iştirak edib və Azərbaycan Respublikasının qoşulmuş olduğu konvensiyaların tələblərinə tam əməl edilməsi, xüsusilə də bu sahənin daim dövlət nəzarətində saxlanıldığı və mütəmadi tədbirlərin görüldüyü, Azərbaycan Respublikası tərəfindən audit yoxlanışına müvafiq hazırlıq işlərinin görüldüyü Assambleyanın, eləcə də üzv dövlətlərin nümayəndə heyətlərinin nəzərinə çatdırılıb.

Nigar Məmmədli