Adnan Oktar həbs olundu - 235 müridi ilə birgə

adnan-oktar-hebs-olundu
Oxunma sayı: 15144

Türkiyədə Harun Yahya adı ilə tanınan Adnan Oktar saxlanılıb. 

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün səhər saatlarında saxlanılan Oktarla yanaşı onun 235 tərəfdarı da həbs olunub. 

O, kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunur.

Xüsusi əməliyyat zamanı çox sayda silah, gülləkeçirməz köynək və zirehli maşınlar da ələ keçirilib.