Adnan Oktar tutulmazdan əvvəl “kediciy”i ilə gizli yolla belə qaçıb - Fotolar

adnan-oktar-tutulmazdan-evvel-kediciyi-ile-gizli-yolla-bele-qacib
Oxunma sayı: 3592

Adı bir çox cinayətlərdə hallanan Adnan Oktarın 2018-ci il iyulun 11-də həbsindən bir neçə dəqiqə əvvəl 2 nömrəli “kediciy”i Didem Ürerlə gizli yolla qaçış görüntüləri yayılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, həbs olunacağı xəbərini alan şəbəkə lideri saxlanılma əməliyyatından bir neçə dəqiqə əvvəl villasından içərisində külli miqdarda valyuta olan çantalarla qaçmağa çalışıb.

Görüntülərə əsasən, qaçış zamanı Oktar əsəbi, gərgin vəziyyətdə olub. O, Didəmlə birlikdə avtomobilinə əyləşib uzaqlaşsa da, Sarıyer yolunda polis tərəfindən saxlanılıblar.

Əməliyyat zamanı həmin gizli yolun detalları da üzə çıxıb. İddialara görə, Adnan Oktar polis hücumlarına qarşı 24 saat Üsküdar və Kandillidəki villasında maşın, sahildə isə qayıq gözlədirmiş.