Adnan Oktarın Azərbaycandakı televiziyası ilə bağlı - - Açıqlama

adnan-oktarin-azerbaycandaki-televiziyasi-ile-bagli-
Oxunma sayı: 5251



"Qafqazinfo"ya Azərbaycanda yeni fəaliyyətə başlayan A9-un təsisçiləri Ramiq Vəliyev, Ramil Rüstəmov, Tural Vəliyevin adından daxil olan açıqlamada bildirilir ki, bəzi kütləvi informasiya vasitələri təsisçiləri olduqları “A9 Azərbaycan” internet kanalının Adnan Oktara məxsus olması haqqında həqiqətə uyğun olmayan əsassız xəbərlər yayılıb:

"Lakin hazırlanan verilişlərdə digər yüzlərlə televiziya kanalları kimi, cənab Adnan Oktarın əsərləri əsasında hazırlanan elmi faktlara istinad edilir.

“A9 Azərbaycan” internet televiziyası olaraq əsas məqsədimiz kainatın və insanın yaradılış məqsədini, Quranda bildirilən elmi məlumatları,  Qurana əsaslanan din anlayışını, son dövrlər baş vermiş  axırzaman əlamətlərini doğru və ən gözəl şəkildə izləyicilərimizə çatdırmaqdır.

Kanalımız Azərbaycanın müstəqilliyinə, bütövlüyünə, dövlətçilik prinsiplərinə, hazırkı sürətli inkişafına zərbə vura biləcək milli-mənəvi və ümumbəşəri dəyərlərlə uzlaşmayan hər cür fəlsəfə, ideologiya və cərəyanlara qarşı maarifləndirici proqramlar hazırlayaraq bu istiqamətdə dövlətimizə yaxından dəstək olmağı əsas prinsiplərindən biri olaraq mənimsəyib".