ADNSU Anlaşma Memorandumu imzaladı

adnsu-anlasma-memorandumu-imzaladi
Oxunma sayı: 1330

Dünən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycan İnterneyşnl Mayninq Compani Limited” (AİMK) şirkətinin nümayəndələri ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, AİMK-nin texniki işlər üzrə vitse-prezidenti Fərhəng Hedjazi, həmçinin ADNSU və AİMK-nin nümayəndə heyəti və digər qonaqlar iştirak edib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək universitetdə həyata keçirilən islahatlar barədə məlumat verib.

AİMK-nin texniki işlər üzrə vitse-prezidenti Fərhəng Hedjazi təmsil etdiyi qurum haqqında tədbir iştirakçılarına məlumat verib, görülməsi planlaşdırılan işlər və gələcək perspektivlər barədə danışıb.

Sonra tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sonda ADNSU-nun rektoru, prof. M.Babanlı AİMK-nin texniki işlər üzrə vitse-prezidenti Fərhəng Hedjaziyə təşəkkür edərək bu anlaşma memorandumunun təhsilə və elmi-texniki inkişafa dəstək, eləcə də geologiya və dağ-mədən sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına töhfə verilməsi baxımından vacibliyini qeyd edib.