ADNSU ilə Belarus Universiteti arasında müqavilə imzalanıb

ADNSU ilə Belarus Universiteti arasında müqavilə imzalanıb
Oxunma sayı: 890

Martın 6-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Belarusun Qomel Texniki Universitetinin nümayəndə heyəti ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı ADNSU haqqında qonaqlara ətraflı məlumat verib. Universitetdə 3 dildə təris aparıldığını qeyd edən rektor, professor M.Babanlı tədris prosesi, beynəlxalq əməkdaşlıq əlaqələri, ingilis dilində tədris, universitetin əcənəbi tələbələri və əməkdaşlıq oluna biləcək sahələrdən bəhs edib. Bunlarla yanaşı universitetdə İT Akademiya, Startap mərkəzinin fəaliyyətindən danışan rektor M.Babanlı tələbə mübadiləsi  və kadr hazırlığı sahəsində əməkdaşlığın önəmini qeyd edib.

ADNSU-da olmaqdan məmnun olduğunu deyən Belarusiyanın Təhsil Nazirliyinin nümayəndəsi  Olqa Xatkeviç neft ölkəsi olaraq Azərbaycanın bu sahədəki uğurlarını və ADNSU-nun neft üzrə kadr hazırlayan əsas ali təhsil ocaqlarından biri kimi əhəmiyyətini yüksək qiymətləndirdiyini deyib.

Belarusun Qomel Texniki Universitetinin prorektoru Aleksandr Sıçev ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını və əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu bildirib.

Görüşün sonunda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sonda qonaqlar ADNSU-nun tarix muzeyi ilə tanış olublar.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi