ADP bəyanat verdi

adp-beyanat-verdi
Oxunma sayı: 652

“Qafqazinfo”nun məlumatına görə, partiya PKK-nın Türkiyənin Hakkari və Bitlis bölgəsində mülki əhaliyə, polis və əsgəri heyətə qarşı törətdiyi qanlı terror nəticəsində 31 nəfər Türkiyə vətəndaşının şəhid olmasından dərin sarsıntı keçirdiyini bildirib.


ADP baş verən bu qanlı olayların təkcə PKK-nın öz gücü ilə deyil, Türkiyə daxilində terror təşkilatına himayədarlıq edən PKK yönümlü siyasi təşkilatların, Türkiyənin bölgədə və dünyada nüfuzunun artmasından narahat olan və onu parçalamağa maraqlı olan bir sıra dövlətlərin dəstəyi ilə baş tutduğunu diqqətə çatdırıb.


ADP bütün Azərbaycan xalqının bu ağır günlərdə Türkiyə ilə birlikdə olduğunu, bu terroru törədənləri lənətlədiyini və qardaş xalqın kədərini paylaşdığını bir daha diqqətə çatdırıb.

Qeyd edək ki, partiya rəhbərliyi Türkiyədə yaşanan bu qanlı olaylarla bağlı qardaş ölkənin Azərbaycandakı səfirliyinə başsağlığı məktubu da göndərib.