ADP-çi prokurorluğa çağırılıb

ADP-çi prokurorluğa çağırılıb
Oxunma sayı: 146


Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, prokurorluqda olan C.Hacıyev müstəntiq Zeynal Zeynalov tərəfindən dindirilib. Ondan gənclərin təşkil etdiyi və siyasi məhbuslara azadlıq tələb edən son aksiya ilə əlaqədar, habelə həbsdə qaldığı müddətdə işgəncəyə məruz qalmasına dair izahat alınıb. C.Hacıyev həbs olunarkən Səbail rayonu 39-cu polis bölməsində işgəncəyə məruz qaldığını müstəntiqə bildirib və izahatında bu barədə ətraflı qeyd edib. Dindirmə prosesini üç saata qədər uzadan müstəntiq Z.Zeynalov sonda ona bədən xəsarətlərinin olub olmaması ilə əlaqədar tibbi ekspertizadan keçməsi üçün arayış təqdim edib.

Cəmil Hacıyev ADP mətbuat xidmətinə daha sonra bunları bildirib: “Prokurorluq bizim vəkilin apellyasiya şikayətindən təqribən 10 gün keçdikdən sonra araşdırmalara başlayıb və bu müddət qəsdən uzadılıb ki, bizim bədənimizdəki xəsarətlərin izləri getsin. Yəni hazırda tibbi ekspertiza keçirilməsinin heç bir əhəmiyyəti yoxdur.”


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi