ADP İsrailə qarşı

adp-israile-qarsi
Oxunma sayı: 644

ADP İH Cənubi Azərbaycanın bir sıra şəhərlərində başlayan etiraz aksiyaları və bu zaman aksiyaçılara İran hakimiyyətinin qəddar münasibəti ilə əlaqədar yaranmış vəziyyəti narahatlıqla izlədiyini və aksiyaçıların haqlı tələblərini dəstəklədiyini bir daha qeyd edib.

İclasda, həmçinin Türkiyə və İsrail dövlətləri arasında yaranmış gərginliyin durmadan artması, bu vəziyyətin bütün bölgə dövlətləri, o cümlədən Azərbaycanın təhlükəsizliyi və siyasi maraqları baxımından narahatlıq doğurduğu qeyd edilib. Münaqişənin başlanmasında günahkar olan İsrailin Türkiyədən üzr istəməsi, günahlarını etiraf etməsi üçün bütün dünya ölkələrinin bu ölkəyə təzyiq göstərməsinin vacibliyi bir daha vurğulanıb. Eyni zamanda, İsrail xarici işlər nazirinin terroru açıq aydın dəstəkləyən bəyanatını qətiyyətlə pisləyən ADP İH hesab edir ki, dövlətimizin maraqlarına toxunan bu cür bəyanatlara dərhal rəsmi səviyyədə reaksiya verilməlidir.

İdarə Heyəti üzvləri ötən həftə Rusiyada baş verən dəhşətli təyyarə qəzasından sarsıldıqlarını bildirmək və həlak olanların yaxınlarına başsağlığı verilməsi məqsədilə bu ölkənin Bakıdakı səfirliyinə məktub göndərilməsini də qərara alıblar.
İclasda həmçinin bir sıra digər məsələlər də müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Fatimə Kərimli