ADP: “Medvedevin təklifləri xoşniyyətli təşəbbüs deyil”

adp-medvedevin-teklifleri-xosniyyetli-tesebbus-deyil
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, toplantıda Kazanda keçirilən danışıqlardan sonra yenidən Rusiya prezidenti Medvedevin tərəflərə xarici işlər naziri Sergey Lavrov vasitəsi ilə rəsmi olaraq təqdim etdiyi yeni təklifləri məsələsi müzakirə edilib. İdarə Heyəti bu təkliflərin ictimaiyyətdən gizli saxlanılmasını Azərbaycanın maraqlarına zidd hesab edib və Medvedevin təkliflərini xoşniyyətli bir təşəbbüs kimi dəyərləndirməyin düzgün olmadığını qeyd edib. Rusiyanın münaqişənin ədalətli həllində maraqlı olmadığını diqqətə çatdıran İdarə Heyəti Azərbaycan tərəfinin Medvedevin yeni təkliflərini birtərəfli qaydada müzakirə edərək cavab verməməli, bu məsələdə özünün strateji tərəfdaşları olan Türkiyə, ABŞ və bir sıra Avropa dövlətlərinin mövqeyini də nəzərə almalı olduğunu bildirib.

İdarə Heyəti Bakıda keçirilən Dünya Azərbaycanlılarının Qurultayına münasibət bildirərək qeyd edib ki, bu qurultay hakimiyyətin maraqlarına xidmət edən bir qurultay kimi dəyərləndirilməlidir: “Bu qurultay yalnız mövcud iqtidarın öz hakimiyyətini əlində saxlamaq üçün bir vasitədir ki, bu da Azərbaycanın maraqlarının beynəlxalq aləmdə qorunmasına cavab verə bilməz”.

ADP İmişli Rayon Təşkilatının sədri, “Hürriyyət” qəzetinin bölgə müxbiri və “Kür” Vətəndaş Qərargahının üzvü Məhbub Zülfüqarlının yerli bankda korrupsiya faktları ilə bağlı yazdığı yazıya görə döyülməsi və Xaçmaz rayon sakini Eldar Şıxaliyevin öz haqqını tələb etdiyinə görə döyülməsi və sonradan aldığı xəsarətlərdən dünyasını dəyişməsi faktlarını qətiyyətlə pisləyib.