ADP Rusiyaya etiraz edir

adp-rusiyaya-etiraz-edir
Oxunma sayı: 634

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, BMT-nin Baş Assambleyasının 66-cı sessiyasında nazirin Qarabağ münaqişəsi zəminində “tərəflərin hər hansı birinin güc tətbiq edəcəyi halda, Rusiya Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün bütün tədbirləri görməyə hazırdır” fikri ADP-də ciddi narahatlıq doğurub. ADP Rusiyanın bu mövqeyini, imperialist mövqe və keçmiş SSRİ-yə daxil olan müstəqil dövlətləri yenidən işğal etmək niyyəti kimi qiymətləndirir. ADP Rusiya xarici işlər nazirinin bu bəyanatını dövlətimizin suverenliyinə təhdid hesab edir.

ADP hakimiyyəti Rusiya rəsmilərinin bu cür təhdid xarakterli bəyanatlarına ciddi reaksiya verməyə çağırıb.

Partiya həmçinin son vaxtlar Ermənistana Moldova Respublikasının Müdafiə Nazirliyinin rəsmi sanksiya olmadan silah satması məlum olmasına da münasibət bildirib. ADP bunu “Adi Silahların Məhdudlaşdırılması Müqaviləsi” nin kobud surətdə pozulması kimi və Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanın birtərəfli qaydada silahlandırılmasına növbəti cəhd kimi dəyərləndirir. Eyni zamanda, bu addım Ermənistanın Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində səmimi olmadığını bir daha sübut edir.

ADP Azərbaycan hökumətini Moldova Müdafiə Nazirliyinin bu qanunsuz hərəkəti ilə bağlı müvafiq addımlar atmağa, Minsk qrupu üzv dövlətlərini və BMT Təhlükəsizlik Şurasını Moldova və Ermənistanın qeyri–qanuni hərəkətlərinə hüquqi–siyasi qiymət verməyə çağırıb.