ADP Yuliya Timoşenkonun müdafiəsinə qalxdı

adp-yuliya-timosenkonun-mudafiesine-qalxdi
Oxunma sayı: 646

ADP-nin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
İdarə Heyəti üzvləri ilk növbədə Latviya Respublikasının Ermənistanla yeni növ silah sövdələşməsi məsələsinə münasibət bildirib və Cənubi Qafqazda işğalçı dövlət kimi tanınan Ermənistanın bir tərəfli qaydada hərbiləşdirilməsinə gətirib çıxaran bu cür faktların bölgədə sülhün və təhlükəsizliyin daha da pozulmasına xidmət edəcəyindən ciddi narahat olduğunu diqqətə çatdırıb. İdarə Heyəti üzvləri hakimiyyəti, Latviyanın Ermənistana silah satmaq istiqamətində atdığı addımlardan geri çəkilməyə yönələn tədbirlər görməyə və bu məsələyə adekvat reaksiya verməyə çağırıb.
İdarə heyəti üzvləri 2 Aprel mitinqində həbs edilən məhbusların valideynlərinin aclıq aksiyasına başlaması faktından narahat olduqlarını bildirib və onların övladlarının müdafiəsinə yönələn bu aksiyaya həmrəy olduqlarını diqqətə çatdırmaqla, hakimiyyəti bir daha siyasi məhbusların azadlığa buraxılması üçün təcili addımlar atmağa çağırıb.
İdarə heyəti üzvləri Ələt-Astara yolunun podratçı təşkilatı olan İtaliya şirkətində çalışan azərbaycanlı işçilərin bu təşkilatda çalışan xarici vətəndaşlardan aşağı əmək haqqı verilməsinə etiraz olaraq aksiya keçirmələrini ciddi hadisə kimi dəyərləndirib, hakimiyyətdən Azərbaycanda fəaliyyət göstərən bu və digər xarici şirkətlərdə vətəndaşlarımıza qarşı həyata keçirilən diskriminasiya siyasətinə son qoyulması üçün lazım olan addımları atmasını tələb edib.
İdarə heyəti üzvləri Ukrayna müxalifətinin və bütövlükdə Ukrayna narıncı inqilabının simvolunun daşıyıcılarından birinə çevrilən Y.Timoşenkonun həbs olunmasından narahat olduğunu bildirib və hazırkı Ukrayna hakimiyyəti tərəfindən gerçəkləşən bu faktın arxasında, qərb dövlətlərinin narıncı inqilablara sonradan əsaslı dəstək verməməsinin durduğunu qeyd edib və bu cür həbslərin bütövlükdə demokratik hərəkatlara zərbə olmasını diqqətə çatdırıb.