Adriana Limayla sevgili olmağın yolu...

adriana-limayla-sevgili-olmagin-yolu
Oxunma sayı: 690

Türk yazar Metin Hara reportajında Adriana Limayla musiqi qutusu vasitəsilə sevgili olduğunu dedikdən sonra Türkiyədə bu əşyaya böyük maraq var. 

“Qafqazinfo” xəbər verir ki, 30 lirəyə olan musiqi qutusunun hazırda satışı nə az, nə çox 119% artıb. Gəncləri ondan örnək almağa çağıran yazar bir neçə tövsiyələr də verib:

“Bu dəfə yaxtalı şirkət sahibləri qazanmadı, 30 lirəyə alınan bir musiqi qutusu və bir kağıza yazılmış şeir qazandı. Gənclər bilsin ki, artıq işlər sadəcə pulla olmur. Ürəyi geniş, ifadə olunmayacaq dərəcədə gözəl bir qadın bir şeirə vurula bilir, sənə aşiq olur. Gənclər bunu  başa düşsün”.