Adrianadan ayrıldığı deyilən türk yazardan - Açıqlama

Adrianadan ayrıldığı deyilən türk yazardan
Oxunma sayı: 2297

Türkiyəli yazar Metin Hara “Viktoriya Sekret”in məşhur ulduzu Adriana Limadan ayrılmağı barədə yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, mətbuatda dərc edilən məlumatları təkzib edən yazıçı, hələ də, Adriana ilə eşq yaşadığını bildirib:

“Biz ayrılmamışıq. 4 gündən sonra Amerikaya gedəcəm, onun yanında olacam. Adriana məni instaqramda “follow”dan çıxartmayıb.  Bu sosial şəbəkə idarəçilərinin problemidir, məsələ ilə maraqlanacağıq”. 

Qeyd edək ki, Türkiyə KİV-ləri qeyd edir ki, Adrianın Metini instaqramdan təqibdən çıxarması yayılan ayrılıq şayiələrini daha da alovlandırıb.Onları bir müddət əvvəl münasibətlərinə nöqtə qoyduğu deyilir. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi