ADU-da beynəlxalq elmi konfrans keçirilir

adu-da-beynelxalq-elmi-konfrans-kecirilir
Oxunma sayı: 647

ADU-nun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Universitetin akt zalında başlayan Respublika konfransının plenar iclası Azərbaycanın Dövlət Himni ilə başlayıb. ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov konfrans iştirakçılarını salamlayaraq keçirilən konfransın əhəmiyyətini qeyd edib və iştirakçılara uğurlar arzulayıb. Rəhbərlik etdiyi universitetin Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutduğunu vurğulayan rektor burada gedən prosesləri yeni ideyaları inkişaf etdirmək, elmdə mütərəqqi fikirləri üzə çıxarmaq baxımından yüksək qiymətləndirib. Rektor Səməd Seyidov dilçilik məsələlərinə xüsusi diqqət yetirilməli və bu sahədə geniş araşdırmaların aparılmasına ehtiyac olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova isə çıxış edərək Təhsil naziri Misir Mərdanovun konfrans iştirakçılarına salamlarını çatdırıb və nazirin təbrik məktubunu oxuyub.

İki ölkə arasında dostluq münasibələrinin olduğundan danışan Gürcüstan Texniki Universitetinin professoru Tatyana Meqrelişvili Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edi . Dilçiliyin problemlərinin araşdırılması istiqamətində konfransın işini yüksək qiymətləndirən Tatyana Meqrelişvili konfransın işinə uğurlar arzulayıb.
ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov konfransın gedişatı və strukturu haqqında konfrans iştirakçılarını tanış edib.
Bununla da ADU-da keçirilən “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfransın plenar iclası başa çatıb.
Konfrans “Dil və kompüter”, “Xarici dillərin tədrisi kommunikativ səriştə kontekstində”, “Tərcümə dillərarası və mədəniyyətlərarası kommunikasiya vasitəsi kimi”, “Psixolinqvistika: problemlər və perspektivlər” adlı bölmələrdə öz işini davam etdirəcək. Bölmələrdə tətbiqi dilçiliyin problemləri ilə bağlı məruzələr səslənəcək, fikir mübadilələri aparılacaq.

“Tətbiqi dilçiliyin müasir problemləri” beynəlxalq elmi konfrans noyabrın 28-də ADU-nun Heydər Əliyev adına muzey-lektoriyasında öz işini bölmə rəhbərlərinin hesabatları və yekun sənədin qəbul edilməsilə başa çatdıracaq.

Nigar Məmmədli