ADU-da çinşünaslıq ixtisası açılıb

adu-da-cinsunasliq-ixtisasi-acilib-
Oxunma sayı: 641

ADU-nun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə ADU-da Çinşünaslıq ixtisasının açılması, habelə bu ali təhsil ocağında Çin mədəniyyəti və dil mərkəzinin yaradılması, həmçinin gələcəkdə müəllim-tələbə mübadiləsi haqda fikir mübadiləsi aparılıb.

Səməd Seyidov ADU-nun Çinin Azərbaycandakı səfirliyi ilə əməkdaşlığa xüsusi yer verdiyini söyləyib. O, 2012-2013-cü yeni tədris ilində ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində çinşünaslıq ixtisası üzrə tələbələrin qəbul olunduğunu səfirin diqqətinə çatdırıb. Səməd Seyidov bu ixtisas üzrə ADU-da təhsil alacaq 10 nəfər tələbənin siyahısını səfirə təqdim edib və həmin tələbələrin universitetə yüksək balla daxil olduqlarını nəzərə çatdırıb. O, çinşünaslıq ixtisasında təhsil alacaq tələbələrin Çin dili ilə yanaşı, ölkənin tarixi və mədəniyyətini dərindən öyrənəcəklərini bildirib.

Honq Fiuyin ADU-da Çin Mədəniyyət və Dil Mərkəzinin açılmasının əlaqələrin inkişafı üçün böyük və vacib layihə olduğunu dilə gətirib. O, ADU-da Çin dilinin tədrisinin aparılmasını yüksək qiymətləndirib. Müxtəlif sahələr üzrə mütəxəssislərin hazırlığını vacib sayan səfir bu yeni tədris ilində Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində çinşünaslıq ixtisasının açılmasından məmnun olduğunu vurğulayıb.

Görüşdən sonra səfir Honq Fiuyin ADU-nun İnformasiya Resurs Kompleksi ilə tanış olub.

Nigar Məmmədli