ADU-da imtahanların gedişi izlənilib

adu-da-imtahanlarin-gedisi-izlenilib
Oxunma sayı: 634

ADU-nun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, izləmə prosesində ADU-nun Tədris hissəsinin müdiri və Operativ Qərargahın sədri Lyudmila Muradova, fakültə dekanları və digər Qərargah üzvləri iştirak ediblər. 2 saylı İngilis dili fakültəsində “Azərbaycan ədəbiyyatı” və “Yüksək oxu və nitq”, Alman dili fakültəsində “Ölkəşünaslıq” və Tərcümə fakültəsində “Mülki müdafiə” fənlərindən keçirilən imtahanların monitorinqini aparan Təhsil Nazirliyinin baş məsləhətçisi İradə Quliyeva bildirib ki, yay imtahan sessiyasında şəffaflığı təmin etmək və yaranacaq mənfi halları aradan qaldırılması məqsədilə nazirlikdə “Qaynar xətt” fəaliyyət göstərir.

Daha sonra ADU-nun Tədris hissəsinin müdiri və Operativ Qərargahın sədri Lyudmila Muradovanın sədrliyi ilə qərargah üzvlərinin, o cümlədən fakültə dekanlarının iştirakı ilə Fransız, 2 saylı İngilis dili, Tərcümə, Alman dili və Filologiya fakültəsində təklif və şikayətləri qəbul etmək üçün müvafiq qutular açılıb.

Xatırladaq ki, ADU-da Yay imtahan sessiyası iyunun 1-dən başlayıb. İyunun 30-dək davam edəcək yay imtahan sessiyası 5 fakültənin (Tərcümə, Fransız dili, Alman dili, Filologiya, Regionşünaslıq və Beynəlxalq münasibətlər) əyani gündüz, 1 saylı ingilis dili fakültəsinin əyani gündüz və qiyabi şöbələrində, 2 saylı İngilis dili fakültəsinin isə əyani gündüz və axşam şöbələrində aparılır.

Nigar Məmmədli