Advokatı Kuman əvəzlədi

advokati-kuman-evezledi
Oxunma sayı: 1390

Hollandiya millisində noyabrda Dik Advokatdan boşalan posta təyinat olub.

“Qafqazinfo” xəbər verir ki, Ronald Kuman Hollandiya millisinə yeni baş məşqçi təyin edilib.

51 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb. Onun əsas vəzifəsi komandanı 2022-ci il dünya çempionatına çıxarmaqdır.

Qeyd edək ki, Kumanın sonuncu iş yeri “Everton” olub.