Aerodromdan təyyarə oğurlandı

aerodromdan-teyyare-ogurlandi
Oxunma sayı: 2229

Ukraynanın Poltava aerodromunda An-2 təyyarəsi oğurlanıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb. Naməlum şəxslər təyyarə ilə yanaşı, aerodromdakı nasaz texniki avadanlığı, mühərriki də oğurlayıblar. Polis axtarışlara başlayıb.

Cinayətkarı 12 ilədək həbs gözləyir.