Aeroport yolunda ağır qəza - 2 ölü, 2 yaralı + Foto

aeroport-yolunda-agir-qeza
Oxunma sayı: 4845

Bakıda dəhşətli qəza baş verib.

“Qafqazinfo” Ölkə.az-a istinadən xəbər verir ki, aeroport yolunda ağır yol qəzası baş verib.

İki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində 2 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir.

Qəzaya səbəb kimi ötmə zamanı yüksək sürət həddinin olması və idarəetmənin itirilməsi göstərilir.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.