Aeroport yolunda böyük tıxac

Aeroport yolunda böyük tıxac
Oxunma sayı: 2165

Bu gün səhər saatlarında aeroport yolunda böyük tıxac yaranıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məlumatı sürücülər sosial şəbəkədə paylaşıb. Qeyd olunub ki, avtomobil sıxlığı hazırda tikinti işləri aparılan ərazidə müşahidə olunur.

“Qafqazinfo” məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev ilə əlaqə saxlayıb. O bildirib ki, prospektdə hər hansı bir hadisə baş verməyib. Sadəcə olaraq günün pik saatlarında yaşanan ənənəvi sıxlıq müşahidə olunub. Hazırda nəqliyyatın hərəkəti bərpa olunub.

Günel Hacı



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi