Aeroport yolunda daha bir ölüm

aeroport-yolunda-daha-bir-olum-
Oxunma sayı: 648

Sentyabrın 15-də Sahil bağında Bakı şəhər sakini Talıb Salehov Sevinc Hüseynovanın mobil telefonunu əlindən alıb qaçdığına görə Səbail RPİ 39-cu PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Sentyabrın 16-da X.Məmmədov küçəsində Bakı şəhər sakini Elvin İmamverdiyev İlkin Qasımovun mobil telefonunu və gümüş qolbağını aldığına görə Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən tutulmuşdur. Onun üzərinə baxış keçirilərkən 0,214 qram narkotik vasitə olan heroin aşkar olunmuşdur.

Sentyabrın 16-sı saat 20:20 radələrində A.Salmanzadə küçəsində Bakı şəhər sakini Eldar İsgəndərov idarə etdiyi «Hundai-Sonata» markalı avtomobillə Dilşad Ağarzayevanı və qızı Səadəti vurmuşdur. Nəticədə, D.Ağarzayeva ölmüş, S.Ağarzayeva isə xəstəxanaya yerləşdirilmişdir.

Sentyabrın 16-sı saat 21:30 radələrində Bakı - Aeroport yolunda Bakı şəhər sakini Zahir Fərəcov idarə etdiyi «Mersedes» markalı avtomobillə Elnur Cahangirovu vurmuş, piyada aldığı xəsarətlərdən ölmüşdür.

İyulun 4-nə keçən gecə Çaykovski küçəsində yaşayan Rizvan Babayevə məxsus «VAZ-2106» markalı avtomobil qaçırılmış və Z.Bünyadov prospektində tapılmışdır. Nərimanov RPİ 18-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Nikolay Stepanov sentyabrın 16-da yaxalanmışdır.

Xətai RPİ CAŞ və 36-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan Elşən Əmənullayev sentyabrın 16-da yaxalanmışdır.