Aeroport yolunda daha bir qəza

aeroport-yolunda-daha-bir-qeza
Oxunma sayı: 659

Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, “Mercedes” markalı avtomobil sürətlə hərəkət edən zaman idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb.

Sürət çox olduğu üçün avtomobil divara çırpılıb. Zərbənin təsirindən sürücü hadisə yerində ölüb. İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb yüksək sürət səbəb olub. Hadisə nəticəsində aeroport yolunda tıxac yaranıb. Polis hazırda hadisə yerində çalışır. Faktla bağlı araşdırma aparılır.