Aeroport yolunda hərəkət məhdudlaşdırılır

aeroport-yolunda-hereket-mehdudlasdirilir
Oxunma sayı: 2107

Rənglənmə işləri ilə əlaqədar 2 ərazidə hərəkət qismən məhdudlaşdırılır. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı AAYDA və BNA birgə məlumat yayıb. Bildirilib ki, Heydər Əliyev prospekti, Suraxanı yol qovşağından Hava limanı istiqamətində və əksinə, həmçinin Bakı-Ələt avtomobil yolunun Bibiheybət məscidi – Lökbatan dairəsi arasında yerləşən hissəsində hər iki istiqamət üzrə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

Bu məqsədlə, sözügedən yollar boyu 19 may tarixində 11:00-dan axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə (işlərin aparıldığı zolaqlar üzrə) qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.