Aeroport yolunda maşın yandı - Video

aeroport-yolunda-masin-yandi
Oxunma sayı: 3242

Heydər Əliyev prospekti-Hava limanı avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Buta Palace”in qarşısında “Hyundai” markalı avtomobil alışıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatına görə, hazırda həmin istiqamətdə sıxlıq müşahidə olunur. 

***

Qəza il bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda deyilir: 

"Bakı şəhərinin Suraxanı rayonunda “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".