Aeroport yolunda maşın yandı, yolda tıxac yarandı - Video+ Yenilənib

Aeroport yolunda maşın yandı, yolda tıxac yarandı
Oxunma sayı: 3337

Hazırda “Koroğlu” metrosundan hava limanı istiqamətində minik avtomobil yanıb.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının xəbərinə görə, alov qısa zamanda bütün maşını bürüyüb. 

Əraziyə hələ Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlməyib.

Yanğın zamanı ölən və yaralanan olması barədə məlumat yoxdur. 

***

Bakıda avtomobilin yanması böyük tıxac yaradıb.

Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionu tərəfdən keçən hissəsində (hava limanı istiqamətində) nəqliyyat vasitəsində yanğın baş verib. Bu səbəbdən də metronun “Koroğlu” stansiyasından havalimanına gedən istiqamətdə yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi