Aeroporta gedən yolda zəncirvari qəza - 2 nəfər öldü + Fotolar

Aeroporta gedən yolda zəncirvari qəza
Oxunma sayı: 60

Bu gün səhər saat 08:30 radələrində Heydər Əliyev prospekti-Hava Limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) yol nəqliyyat hadisəsi baş verib.

 Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, hava limanı istiqamətində hərəkət edən "Daewoo" və "Volkswagen Passat" markalı iki minik avtomobili toqquşub. Zərbənin təsirində avtomobillər "Vaz 2107" markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də, sərnişinlərdən heç biri xəsarət almayıb.

Lakin "Daewoo "markalı avtomobildə olan sürücü və sərnişin ölüb.

Hadisənin hansı səbəbdən baş verməsi hazırda davam edən istintaq araşdırmasından sonra məlum olacaq.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi